Sosial Fəaliyyətlər GYF-nin Dəstəyi ilə Kitab Oxuma Müsabiqələri Keçirilib

GYF-nin Dəstəyi ilə Kitab Oxuma Müsabiqələri Keçirilib

3

Gəncliyə Yardım Fondunun dəstəyi və “Light Up Training Platform”unun təşkilatçılığı ilə kitab oxuma müsabiqəsi keçirilib. 

“Quran, Kainat və İnsan” kitabından keçirilən müsabiqəsinin ilk üç yerinin sahibinə qiymətli hədiyyələr, eyni zamanda ilk 50 yer tutan iştirakçıya kitab hədiyyələri təqdim olunub. Qeyd edək ki, sayca 5-ci olan kitab oxuma müsabiqəsindən əvvəl “Qarabağ” kitabından yarışma keçrilərək qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet TECİM iştirak edərək gənclərə gələcək həyatlarında uğurlar arzulayıb.

Həmçinin, Gəncliyə Yardım Fondunun dəstəyi və Tərəqqi İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8-14 yaş arası məktəblilər üçün onlayn kitab yarışması keçirilib. “Sevimli Peyğəmbərim” kitabından keçrilən yarışmada ilk 5 yerin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırıb və sertfikatlar təqdim olunub.