Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Azərbaycan-Türkiyə Qardaşlıq Parkının Açılış Mərasimində İştirak Edib

GYF Rəhbərliyi Azərbaycan-Türkiyə Qardaşlıq Parkının Açılış Mərasimində İştirak Edib

4

Mayın 10-da Quba şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verilib.

Mərasim iştirakçıları əvvəlcə Quba şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Parkın açılış mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondun rəhbər nümayəndələri də iştirak edib. Mərasimdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Qənirə Paşayeva çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Yeni istirahət parkının eni 24, uzunluğu isə 60 metrdir. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib. Əliqulu Nərimanov küçəsində tikilən istirahət məkanının layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb olunub. Azərbaycan və Türkiyənin bayraqlarının dalğalandığı parkda sakinlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb.

Səfər çərçivəsində qonaqlar  Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ini ziyarət edib və soyqırımı qurbanlarının xatirəsinə ucalmış abidənin önünə gül-çiçək dəstələri düzüblə