Sosial Fəaliyyətlər GYF-nin Dəstəyi ilə “Tariximizin Dahiləri” Kitabı Nəşr Olunub

GYF-nin Dəstəyi ilə “Tariximizin Dahiləri” Kitabı Nəşr Olunub

7

“Tariximizin dahiləri”

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində “Tariximizin dahiləri” kitabı İpəkyolu nəşriyyatında nəşr olunub.

“Tariximizin dahiləri” kitabı Azərbaycan və Türkiyə başda olmaqla türk-islam dünyasının tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətləri, həmçinin fikirlərindan bəhs edir. Bununla oxuyucular Əhməd Cavad, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar, Almas İldırım, Çingiz Aytmatov, Məhməd Akif Ərsoy, Hilmi Ziya Ülkən, Nəcib Fazil Kısakürək, Cəmil Meriç, Nurəddin Topçu, Rasim Özdənörən, Aliya İzzetbeqoviç, Səzai Karakoç, İsmət Özəl, İbn Xəldun, Məhəmməd İqbal kimi fikir adamlarını daha yaxından tanıma fürsətini əldə edə biləcəklər.

Kitabın həmmüəllifləri Ali Can, Dr.Abbas Qurbanov və Qoşqar Abbasovdur.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu “İki Dövlət Bir Millət” şüarının daha da möhkəmlənməsi və gənclərimizin milli mənəvi ruhda yetişməsinə hər zaman dəstək olur.