Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondu Vətən Müharibəsindəki Xidmətlərinə Görə Təltif Edilib

Gəncliyə Yardım Fondu Vətən Müharibəsindəki Xidmətlərinə Görə Təltif Edilib

3

Gəncliyə Yardım Fondunun rəhbərliyi  Vətən Müharibəsində könüllü iştirak edərək fədakarlıq göstərdiyinə və arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.

Qeyd edək ki, Fond, 44 günlük Vətən Müharibəsi müddətində də Bərdə və Ağdam İcra Hakimiyyətləri ilə birlikdə bölgədə humanitar yardımlarda yaxından iştirak etmiş və ehtiyac sahibi insanlara öz dəstyini əsirgəməmişdir.

Eyni zamanda  Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin  ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim edilir.