Sosial Fəaliyyətlər “Faydalı Təhsilin Dinamikaları Adlı Seminar Keçirilib

“Faydalı Təhsilin Dinamikaları Adlı Seminar Keçirilib

6

2 iyul 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzinin rəhbər müavini Anar İbrahimovun tələbələrlə görüşü keçirilib. Anar İbrahimov tələbələrlə xaricdə təhsilin almağın çətinlikləri və üstün tərəfləri haqqında, tələbələrin universititet və ixtisas seçimləri kimi bir sıra vacib məlumatları bölüşüb. Daha sonra düşərgədə iştirak edən tələbələrin sualları cavablandırılıb və xatirə şəkili çəkilib.

Qeyd edək ki, bir ay davam edəcək “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində tələbələrin vaxtlarını səmərəli keçirmələri üçün bir sıra mövzularda təlim və seminarlar təşkil ediləcəkdir.