Sosial Fəaliyyətlər GYF-də “Kitab Mütaliə Sənəti” Adlı Seminar Keçirilib

GYF-də “Kitab Mütaliə Sənəti” Adlı Seminar Keçirilib

4

Mədəniyyətimi öyrənirəm

5 iyul 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində “LİBRAFF” kitab mağazalar şəbəkəsinin PR meneceri Sərxan Rüstəmovun təqdimatında “Kitab mütaliə sənəti” adlı seminar keçirilib. Seminarda kitab oxumağın faydaları və gələcək həyatımıza təsirləri, kitab seçərkən və oxuyarkən diqqət edilməli nüaslar kimi məsələlərə toxunulub.

Daha sonra düşərgədə iştirak edən tələbələrin kitablarla bağlı sualları cavablandırılıb. Həmçinin Sərxan Rüstəmov iştirakçılara suallar ünvanlayaraq doğru cavab verən iki nəfərə kitab hədiyyə edib. Seminarın sonunda isə Gəncliyə Yardım Fondu adından Sərxan Rüstəmova hədiyyə təqdim edilib və iştirakçılarla birlikdə xatirə şəkili çəkilib.

Qeyd edək ki, bir ay davam edəcək “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində tələbələrin vaxtlarını səmərəli keçirmələri üçün bir sıra mövzularda təlim və seminarlar təşkil ediləcəkdir.