Gəncliyə Yardım Fondunun Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə həyata keçirdiyi 2021-ci il Qurban Fəaliyyətlərində yaxından iştirak etmək üçün Azərbaycanda olan Əziz Mahmud Hüdayi Vəqfinin nümayəndələri Ahmet Turanlı və İlyas Bayraktutar GYF-nin qonağı olublar. Qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə qonaqlara Fondun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında məlumat verilib və dəstəklərinə görə Əziz Mahmud Hüdayi Vəqfinin rəhbərliyinə təşəkkür edilib.
Görüşün sonunda qonaqlara xatirə hədiyyyələri təqdim edilib.
Qeyd edək ki, Gəncliyə Yardım Fondunun Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə həyata keçirdiyi 2021-ci il Qurban Fəaliyyətlərində Ağdam rayonu ərazisində olan şəhid və qazi ailələri başda olmaqla imkansız ailələr ziyarət edilib və Qurban ətləri paylanıb.