Mətbuatda “Gənclər Təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədlərinə Çatmasında Rolu” Adlı Görüş Keçirilib

“Gənclər Təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədlərinə Çatmasında Rolu” Adlı Görüş Keçirilib

15

1 aprel 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məzahir Əfəndiyev ilə keçirililən görüşdə iştirak edib. Əsas müzakirə mövzusu “Gənclər təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədlərinə çatmasında rolu” olan görüş çərçivəsində millət vəkili Məzahir Əfəndiyev Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması və məqsədlərə nail olunmasında gənclərin rolunu xüsusilə vurğulayıb.

Daha sonra qeyd edilən mövzu ətrafında müzakirələr aparılıb və gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar Məzahir Əfəndiyev tərəfindən cavablandırılıb.