Mətbuatda “İctimaiyyətlə Əlaqələrin Qurulması” Mövzusunda NAYORA-da Görüş Keçirilib

“İctimaiyyətlə Əlaqələrin Qurulması” Mövzusunda NAYORA-da Görüş Keçirilib

13

7 aprel 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arzu Nağıyev ilə keçirililən görüşdə iştirak edib. Əsas müzakirə mövzusu “İctimaiyyətlə əlaqələrin qurulmasında müasir trendlər və inkişaf perspektivləri” olan görüş çərçivəsində millət vəkili deputatı Arzu Nağıyev Gənclər medianın əhəmiyyəti, iş prinsipi, ənənəvi və yeni medianın fəaliyyəti, həmçinin gənclər təşkilatlarında medianın yeri haqqında çıxış edib.

Daha sonra qeyd edilən mövzu ətrafında müzakirələr aparılıb və gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar Arzu Nağıyev tərəfindən cavablandırılıb.