Mətbuatda Prof.Dr. Okan Yeşilot Gəncliyə Yardım Fondunun Qonağı Olub

Prof.Dr. Okan Yeşilot Gəncliyə Yardım Fondunun Qonağı Olub

55

Mərmərə Universiteti Qafqaz tarixi kafedrasının müdiri Prof. Dr. Okan Yeşilotun

Bu günlərdə Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr edilmiş kitabı Gəncliyə Yardım Fondu tərəfindən İpəkyolu Nəşriyyatında çap edilmiş Okan Yeşilot Gəncliyə Yardım Fondunun qonağı olub. Araşdırmaçı-yazar öz oxucuları ilə görüşüb və onlara Hacı Zeynalabdin Tağıyevin həyatı və xeyriyyəçi fəaliyyətləri haqqında geniş və maraqlı məlumatlar verib.  Fondun fəaliyyətləri ilə də yaxından tanış olan Yeşilot görüşün sonunda yeni çapdan çıxmış kitabını oxucuları üçün imzalayıb.

Qonağa Fond rəhbərliyi tərəfindən xatirə hədiyyəsi təqdim olunub və rəsmlər çəkilib.

Mərmərə Universiteti Qafqaz tarixi kafedrasının müdiri Prof. Dr. Okan Yeşilotun Azərbaycan tarixində xeyriyyəçilik fəaliyyətləri ilə dərin izlər qoymuş Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən kitabı “Hacı Zeynalabdin Tağıyev” İpəkyolu nəşriyyatı tərəfindən nəşr edilib.

Qeyd edək ki, kitab 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-ci il sərancamına əsasən Azərbaycan və Türkiyəli xanımların birgə əməyi və Gəncliyə Yardım Fondunun himayəsi ilə keçirilən ənənəvi XVII xeyriyyə sərgisindən əldə olunan vəsait hesabına çap edilmişdir.