Mətbuatda Türkiyənin Məşhur Kitab Nəşriyyatlarının Nümayəndələri GYF-nin Qonağı Olub

Türkiyənin Məşhur Kitab Nəşriyyatlarının Nümayəndələri GYF-nin Qonağı Olub

6

Oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində düzənlənən 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin məşhur kitab nəşriyyatlarının nümayəndələri GYF-nin qonağı olub.

Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Erkam yayınları idarə heyətinin sədri Doğan Gökmen, Nar yayınlarının rəhbəri Tayfur Esen, Ötüken nəşriyyatının direktoru Ertuğrul Alpay və İnsan yayın evinin nümayəndəsi İsmail Akıncı fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara fond rəhbərliyi tərəfindən xatirə ‎hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.‎