Mətbuatda Prof. Dr Halit Eren GYF-nin Qonağı Olub

Prof. Dr Halit Eren GYF-nin Qonağı Olub

8

25-ci Beynəlxalq Biznes Forumda iştirak etmək üçün Bakıda rəsmi səfərdə olan Türkiyənin sabiq  millət vəkili Dr. Hüseyin Kansu və İslam Tarih Sanat ve Kültür Araştırma Mərkəzinin  (IRCICA) sabiq direktoru Prof. Dr. Halit Eren Gəncliyə Yardım Fondunun qonağı olublar. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Qonaqlar da öz növbələrində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlarla  xatirə fotoları çəkilib.‎