Mətbuatda Millət Vəkili Vüqar İskəndərov GYF-nin Qonağı Olub

Millət Vəkili Vüqar İskəndərov GYF-nin Qonağı Olub

2

Bu gün Milli Məclisin deputatı Vüqar İskəndərov Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun həyata keçirdiyi sosial, humanitar və xeyriyyə faəliyyətləri haqqında geniş məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə olan Azərbaycan və Türkiyə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Milli Məclisin deputatı Vüqar İskəndərov fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonağa xatirə ‎hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.‎