Mətbuatda GYF Fəal və Vətənpərvər Gəncliyin Formalaşdırılmasına Dəstək Olur

GYF Fəal və Vətənpərvər Gəncliyin Formalaşdırılmasına Dəstək Olur

11

17 dekabr 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Qoşqar Abbasov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrin iştirakı ilə baş tutan Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynovla “Fəal və vətənpərvər gəncliyin formalaşdırılmasında Gənclər Təşkilatlarının rolu, qarşıda duran vəzifələr” mövzusunda müzakirədə iştirak edib.

Qoşqar Abbasov çıxış zamanı Gəncliyə Yardım Fondunun 44 günlük şanlı zəfərlə bitən Vətən Müharibəsindən öncə və müharibə zamanı gördüyü xeyriyyə vətənpərvərlik duyğularının aşılanması sahəsində gördüyü fəaliyyətləri qeyd edərək, bundan sonra da dövlətin vətənpərvərlik strategiyasını davam etdirəcəklərini vurğulayıb.