Mətbuatda GYF-Rəhbərliyinə “Göstərdiyi Xidmətlərə Görə Təşəkkürnamə” Təqdim Edilib

GYF-Rəhbərliyinə “Göstərdiyi Xidmətlərə Görə Təşəkkürnamə” Təqdim Edilib

21

5 yanvar 2022-ci il tarixində Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev və icraçı direktoru Məhsəti Hüseynova Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Fondun prezindenti Ahmet Tecim qonaqlara Gəncliyə Yardım Fondunun həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri haqqında məlumat verib.

Asim Vəliyev və Məshəti Hüseynova da öz növbələrində Gənclərin Töhfəsi İctimai Birlinin fəaliyyət sahəsindən, Türkiyə, Gürcüstan və Azərbaycanda həyata keçirdikləri “Zəfərə doğru” layihəsi barədə məlumat verib, həmçinin layihəyə göstərdiyi dəstəyinə görə təşəkkür edərək Ahmet Tecimə  “göstərdiyi xidmətlərə görə təşəkkürnamə” təqdim ediblər.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim edilib və xatirə fotoları çəkilib.