Mətbuatda Axısxa Türkləri “Vətən” İctimai Birliyinin Rəhbərliyi GYF-nin Qonağı Olub

Axısxa Türkləri “Vətən” İctimai Birliyinin Rəhbərliyi GYF-nin Qonağı Olub

9

Bu gün Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin yeni seçilən sədri Xalid Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşən Xalid Xəlilov Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin yeni strukturu və gələcək fəaliyyətləri haqqında məlumat verib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondunun həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri həqqında məlum verib və əvvəlki illərdə də hər zaman Axısha Türkləri ilə birgə həyata keçirdikləri layihələrdən bəhs edib.

 Ahmet Tecim eyni zamanda Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin yeni seçilən sədri Xalid Xəlilovu yeni vəzifəsinə görə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qonaqlar da öz növbələrində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.‎