Mətbuatda GYF Gənclər Sahəsində Uğurlu Fəaliyyətlərinə Görə Mükafatlandırıldı

GYF Gənclər Sahəsində Uğurlu Fəaliyyətlərinə Görə Mükafatlandırıldı

19

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 1 fevral 2022-ci tarixində “2 Fevral – Gənclər Günü”nün 25 illiyinə həsr olunmuş “Gənclər Təşkilatları ilə #BİRLİKDƏ Gənclər Üçün” adlı tədbir keçirilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən fəal gənclər təşkilatları müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Gəncliyə Yardım Fondu “Gənclərin Sosial İnkişafına Verdiyi Dəstəyə Görə” nominasiyası üzrə mükafata layiq görülüb.