Mətbuatda GYF Rəhbərliyi “Qarabağnamə” filminin təqdimat Mərasimində İştirak Edib

GYF Rəhbərliyi “Qarabağnamə” filminin təqdimat Mərasimində İştirak Edib

14

Bu gün  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Şuşa İli”nin açılışı çərçivəsində “Qarabağnamə” filminin təqdimatı və Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərinin sərgisi keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlayhiyyətli səfiri Doç.Dr. Cahit Bağcı və Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlayhiyyətli səfirlərinin iştirak etdiyi tədbirdə Gəncliyə Yardım Fondunun rəhbərliyi də iştirak edib.

Film görkəmli qrafika ustası Arif Hüseynovun “Qarabağnamə – tarixin səhifələri” adlı 45 rəsm nümunələri əsasında çəkilib. Filmdə Qarabağın mədəni irsi, memarlıq abidələri, tarixi şəxsiyyətləri, eləcə də qazanılan şanlı Zəfərlə bağlı xüsusi ustalıqla çəkilən təsvirlər, eyni zamanda, bununla bağlı məlumatlar öz əksini tapır.

Tədbir Prezident İlham Əliyevin Qarabağın incisi Şuşanın 270 illiyi ilə əlaqədar 2022-ci ili “Şuşa İli” elan etməsi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunub.

Qeyd edək ki, qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən ekranlaşdırılmışdır.