Sosial Fəaliyyətlər Məşhur Yazıçı Rövşən Abdullaoğlu GYF-də Tələbələrlə Görüşüb

Məşhur Yazıçı Rövşən Abdullaoğlu GYF-də Tələbələrlə Görüşüb

32

05 mart 2022-ci il tarixində “Light UP Training Platform”unun  təşkilatçılığı ilə  Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında məşhur yazıçı-psixoloq Rövşən Abdullaoğlunun Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr ilə görüşü keçirilib.

Yazıçı-psixoloq Rövşən Abdullaoğlu əvvəlcə öz həyat hekayəsi, kitablarını yazarkən diqqət etdiyi nüanslar, əsərlərinin mövzu və obrazları haqqında çıxış edib, daha sonra isə tələbələr tərəfindən verilən sualları cavablandırıb.

Görüşün sonunda müəlliflə imza günü təşkil edilib.