Sosial Fəaliyyətlər Hasene Beynalxaq Yardım Dərnəyinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Hasene Beynalxaq Yardım Dərnəyinin Nümayəndələri GYF-ni Ziyarət Edib

24

29 mart 2022-ci il tarixində Hasene Beynalxaq Yardım dərnəyinin nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət ‎edib.

Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verilib.

Gəncliyə Yardım Fondu qurulduğu ‎gündən bu günə qədər həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. 

Hasene Beynalxaq Yardım dərnəyinin nümayəndələri də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.‎