Mətbuatda “31 Mart Azərbaycanlıların Soyqırımı” Adlı Görüş Keçirilib

“31 Mart Azərbaycanlıların Soyqırımı” Adlı Görüş Keçirilib

12

30 mart 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Şahalı Cəlilov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Soltan Məmmədov ilə keçirililən görüşdə iştirak ediblər. Əsas müzakirə mövzusu  “31 Mart Azərbaycanlıların Soyqırımı” olan görüş çərçivəsində qeyd edilən mövzu ətarında müzakirələr aparılmış və gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar cənab Soltan Məmmədov tərəfindən cavablandırılıb.

Daha sonra NAYORA-nın sədri Azər Əliyev çıxış edərək dəvətimizi qəbul edib, görüşdə iştirak etdiyi üçün cənab Soltan Məmmədova öz minnətdarlığını bildirib.

Görüşün sonunda xatirə fotosu çəkilib.