Sosial Fəaliyyətlər QHT Nümayəndələri İftar Süfrəsində Bir Araya Gəldi

QHT Nümayəndələri İftar Süfrəsində Bir Araya Gəldi

23

Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 150-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğulayıb.

İftar süfrəsində iştirak edən qonaqlardan Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi Doç. Dr. Cahit Bağcı, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni çıxış edərək fondun Ramazan ayındakı bu kimi xeyriyyə tədbirlərini yüksək qiymətləndirib və tədbir iştirakçılarının timsalında bütün müsəlman aləmini qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 150 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar.