Sosial Fəaliyyətlər YTB-nin Sədr Müavini Sayit Yusuf Gəncliyə Yardım Fondunun Qonağı Olub

YTB-nin Sədr Müavini Sayit Yusuf Gəncliyə Yardım Fondunun Qonağı Olub

20

25 aprel 2022-ci il tarixində Azərbaycanda səfərdə olan Yurtdışı Türkler ve ‎Akraba Topluluklar Başkanlığının (YTB) sədr müavini Sayit Yusuf Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) ‎sədr müavini Sayit Yusuf da öz növbəsində  fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎‎

Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.‎