Sosial Fəaliyyətlər Məşhur Yazıçı Elxan Elatlı Gəncliyə Yardım Fondunda Tələbələrlə Görüşdü

Məşhur Yazıçı Elxan Elatlı Gəncliyə Yardım Fondunda Tələbələrlə Görüşdü

22

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılğı ilə Azərbaycanın milli bestseller müəllifi olan məşhur yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü  Elxan Elatlının Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşü baş tutub.

Görüşdə Bakı İsteadadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov, Gəncliyə Yardım Fondunun Təhsil Koordinatoru Rüfət Şirinov, gənc yazarlar və fəal gənclər iştirak edib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq,  gənclərlə görüşü qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib.

Daha sonra çıxış edən Elxan Elatlı mütəmadi olaraq gənclərlə görüşdüyünü vurğulayaraq, bu gün də burada gənclərlə görüşündən məmnunluğunu bildirib. Görüş əsnasında müəllifin ən son nəşr edilən “Alternativ əməliyyat” adlı romanı müzakirə edilib.  Müəllif kitabın yazılma səbəbbindən və əhatə etdiyi mövzuların əhəmiyyətindən danışıb.

Görüşün sonunda geniş oxucu kütləsinin suallarını cavablandırıb və oxucuların kitabını imzalayıb. Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkili çəkilib.