Sosial Fəaliyyətlər GYF-də Heydər Əliyevin Anadan Olmasının 99-cu İlliyə Həsr Olunmuş Tədbir Keçirilib

GYF-də Heydər Əliyevin Anadan Olmasının 99-cu İlliyə Həsr Olunmuş Tədbir Keçirilib

17

GYF-də Heydər Əliyevin Anadan Olmasının 99-cu İlliyə Həsr Olunmuş Tədbir Keçirilib

 10 may tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ili münasibəti ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu illiyə həsr olunmuş “Onu zaman seçib” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və “Vətən müharibəsi” başda olmaqla bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin inkişafına göstərdiyi yüksək qayğı və ədəbiyyata verdiyi dəyərə diqqət çəkib .

Gəncliyə Yardım Fondunun İctiamiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Qoşqar Abbasov nitqində Heydər Əliyevin müasir Azərbaycanın quruculuğundakı əvəzsiz rolunu, gənclər üçün yaradılan fürsət və imkanlardan bəhs edib. Ulu öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən və bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyətindən danışıb.

Daha sonra xalq şairi Mirvarid Dilbazinin 85 illik yubileyində ulu öndər Heydər Əliyevin çıxışının lent yazısı və “Onu zaman seçib” adlı qısa film nümayiş olunub. 

Məclisdə çıxış edən şairlər Səadət​ Buta, Təbrizdə nəşr edilən “Mişov dağı” dərgisinin təsisçisi və baş redaktoru Akşin Ağkəmərli, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, “Səməd Vurğun Poeziya Ocağı”nın rəhbəri Zərəngiz Dəmirçi Qayalı, “Aşıq Pəri Məclisi”nin rəhbəri Pərvanə Zəngəzurlu, Südabə İrəvanlı, Xətai rayonu, Tahir Bağırov adına 59 №-li məktəbin direktoru Pikə Əhmədova, gənc şair-bəstəkar Aysel Kərim, Qazağıstandan gəlmiş şair Kifayət Nemətabadlı  və başqaları Dövlət gənclər siyasətinin Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olması, eləcə də Azərbaycan siyasəti, iqtisadiyyatı və mədəniyyəti sahələrinin inkişafında Ulu Öndərin müstəsna rolundan danışılıb.

Məclisdə iştirak edən şairlər və 59 №-li tam orta məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndiriblər.