Sosial Fəaliyyətlər GYF-də Məşhur Aktyorla Görüş Keçirildi

GYF-də Məşhur Aktyorla Görüş Keçirildi

25

“Light UP Training Platform”u və Azərbaycan Gənclər Dərnəyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında məşhur aktyor Kamaran Ağabalayevin Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr ilə görüşü keçirilib.

Kamaran Ağabalayev əvvəlcə öz həyat hekayəsini, Azərbaycanda sənət və sənətkarlıq sahəsində baş verən yeniliklər və digər mövzularda gənclərə bir-birindən maraqlı məlumatlar verib. Daha sonra qonaq tələbələrin suallarını ‎cavablandırıb.