Sosial Fəaliyyətlər BİGA-da Əslində Biznes Adlı Seminar Keçirildi

BİGA-da Əslində Biznes Adlı Seminar Keçirildi

15

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılğı ilə Badamdar Tələbə evində “Kişilər Klubu”nun rəhbəri və Azərbaycan Kişi İş Adamları Birliyinin sədri Vəfadar Babayev “Əslində biznes” mövzulu seminarla çıxış edib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq, gənclərlə görüşü qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi xüsusi ilə biznesyönümlü çox dəyərli, faydalı və onların gələcək iş həyatlarında istifadə edə biləcəkləri fikirlərin olduğunu qeyd edib.

Daha sonra çıxış edən Vəfadar Babayev öz şəxsi təcrübələrindən yola çıxaraq gənclərə tövsiyələr verib. O, biznes qurulmadan öncə biznes planın hazırlanmasının, fəaliyyət göstəriləcək sahə üzrə bazar araşdırmasının aparılmasının əhəmiyyətini qeyd edib və öncəki təcrübələrə dayanaraq biznes əlaqələrinin gecləndirilməli olduğunu vurğulayıb.

Görüşün sonunda geniş oxucu kütləsinin suallarını cavablandırıb və oxucuların kitabını imzalayıb. Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkili çəkilib.