Sosial Fəaliyyətlər “Azərbaycan Düşüncə Tarixi” Kitabının Təqdimat Mərasimi Keçirilib

“Azərbaycan Düşüncə Tarixi” Kitabının Təqdimat Mərasimi Keçirilib

31

27.05.2022-ci il tarixində Bakı Dövlət Universitetində “Azərbaycan düşüncə tarixi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanı Abdullah Eren, Türkiyənin Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcı, Təhsil nazirinin müavini Muxtar Məmmədov, Gəncliyə Yardım Fondunun prezdenti Ahmet Tecim və digər dövlət və elm adamları iştirak edib.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirli nəznində fəaliyyət göstərən Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının dəstəyi ilə işıq üzü görən “Azərbaycan Düşüncə Tarixi” kitabı Mirzə Fətəli Axundzadə, Həsən Bəy Zərdabi, Hacı Zeynəlabidin Tağıyev, Məhəmmədə Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Mirzəbala Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əhməd Cavad, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Cəfər Cabbarlı və Hüseyn Cavid kimi şəxsiyyətlərin düşüncə dünyaları, tarixi xidmətləri daha maraqlı detallarla oxuculara çatdırılır.