Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Nümayəndəliyini Ziyarət Edib

GYF Rəhbərliyi Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Nümayəndəliyini Ziyarət Edib

18

Gəncliyə Yardım Fondunun idarə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi Mustafa Kemal Beyazbayramla görüşüb. Fondun prezindenti Ahmet Tecim Mustafa Kemal Beyazbayrama Gəncliyə Yardım Fondunun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında məlumat verib. O, eyni zamanda Fondun Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq körpüsünün möhkəmlənməsi istiqamətindəki işlərinin iki qardaş dövlət tərəfindən hər zaman müsbət qarşılandığını ifadə edib.

Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Mustafa Kemal Beyazbayram Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib. 

Görüşün sonunda Fondunun prezidenti Ahmet Tecim tərəfindən Mustafa Kemal Beyazbayrama xatirə hədiyyəsi təqdim edilib.