Sosial Fəaliyyətlər Türkiyənin Muş Alparslan Universitetinin Rektoru GYF-nin Qonağı Olub

Türkiyənin Muş Alparslan Universitetinin Rektoru GYF-nin Qonağı Olub

10

Türiyənin Muş Alparslan Universitetinin rektoru Prof.Dr Fethi Ahmet Polat Gəncliyə Yardım Fondunu qonağı olub. Qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondunun həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri həqqında məlumat verib.

Qonaq da öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib və foto çəkilib.