Sosial Fəaliyyətlər Türkiyə Universitetlərinin Nümayəndələri GYF-nin Qonağı Olub

Türkiyə Universitetlərinin Nümayəndələri GYF-nin Qonağı Olub

13
Türkiyənin Tekirdağ Namık Kemal Universitetinin dekanı Prof. Dr. Hasan Keskin, Bayburt Universitetinin müəllimi Doç.Dr. Ramin Sadiqov və digər iki əməkdaşı Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
 
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondunun həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri həqqında məlumat verib.
 
Qonaqlar da öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎
 
Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.