Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Nümayəndələri Türkiyədə Bir Sıra Görüşlər Keçirib

Gəncliyə Yardım Fondunun Nümayəndələri Türkiyədə Bir Sıra Görüşlər Keçirib

15

Türkiyədə səfərdə olan Gəncliyə Yardım Fondunun nümayəndələri Əziz Mahmud Hüdayi Vəqfinin qonağı olub. Hüdayi Vəqfinin xeyriyyə fəaliyyətləri ilə yaxından tanış olan qonaqlar bir sıra elmi seminarlarda iştirak ediblər.

Daha sonra Türkiyə Oxçular Vəqfi ziyarət edilib. Ziyarət əsanasında fond nümayəndələri vəqfin fəaliyyətləri ilə yaxından tanış olublar. İki təşkilat arasında həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb və əməkdaşlıq memorandumu imzalanıb. Fond nümayəndələri Oxçular vəqfinin tarixi idman növü ilə əlaqəli sahələrində olub və bu idmanın incəlikləri haqqında geniş məlumatlar əldə ediblər.

Səfər əsnasında fond nümayəndələri Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin şöbə müdiri Mehmet Nezri Gül və İhsan Erkul ilə görüşüblər.  Eyni zamanda Türkiyənin məşhur Erkam mətbəəsində, Erkam TV və Erkam Radioda, Elm Yayma Cəmiyyətində də bir sıra görüşlər keçirən nümayəndə heyəti dost təşkilatlarla birlikdə həyata keçiriləcək layihələr haqqında müzakirələr aparıb.