Sosial Fəaliyyətlər “Dəmir Yumruq”la Zəfərə Doğru Adlı Kitabın Təqdimatı Keçirildi

“Dəmir Yumruq”la Zəfərə Doğru Adlı Kitabın Təqdimatı Keçirildi

9

14 iyul 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Harun Alqayevin anım günü və onun ömür yolundan bəhs edən “Dəmir Yumruq”la Zəfərə Doğru adlı kitabın təqdimatında iştirak edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhidin ailəsi, dostları, silah yoldaşları, şəhid ailələri və qazilər, həmçin elm adamları və mətbuat xadimləri iştirak edib.

Vətən Müharibəsi şəhidlərinin əziz ruhunun 1 dəqiqləlik sükutla yad edilməsi və Azərbaycan Respublikası Dövlət Himnin oxunması ilə açıq elan edilən tədbirdə şəhid Harun Alqayevin valideynləri Məhəmməd Alayev və Kifayət Alqayeva çıxış edərək onun uşaqlıq və yeniyetməlik dövründə vətənə məhəbbətini və daim hərbiçi olmağı arzuladığını qeyd edilblər. Daha sonra çıxış edən döyüş yoldaşları isə Harun Alqayevin döyüş yolu haqqında öz xatirələrini bölüşüblər. Tədbirdə Haqun Alayevin ömür yolundan bəhs edən Gülüs Əliyevanın müəllifi olduğu “Dəmir Yumruq”la Zəfərə Doğru adlı kitabıda təqdim edilib.

Harun Alqayev oktyabrın 15-də Füzuli istiqamətdə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Dövlət Başçısı İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Azərbaycan bayrağı” ordeni və 8 medala layiq görülüb.