Sosial Fəaliyyətlər Şəhidlərin Xatirəsinə Həsr Edilmiş Tennis Turninirin Final Mərhələsi Keçirilib

Şəhidlərin Xatirəsinə Həsr Edilmiş Tennis Turninirin Final Mərhələsi Keçirilib

30

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 19 iyul tarixində Fondun nəzdində fəaliyyət göstərən Tərəqqi İnkişaf Mərkəzinin Yay düşərgəsində “Şəhid Elgün Quliyev və Şəhid Oğuzhan Küçük” ün xatirəsinə həsr edilmiş tennis turnirinin final və mükafatlandırılma mərhələsi keçirilib.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib.

Daha sonra Tərəqqi İnkişaf Mərkəzinin uşaqları Nicat Bəkirli və Həmzə Xəlilov tərfindən hər iki şəhidin həyat hekayəsi haqqında məlumat verilib.

Qeyd edək ki, “Şəhid Elgün Quliyev və şəhid Oğuzhan Küçük”ün xatirəsinə həsr edilmiş tennis turnirində Tərəqqi İnkişaf Mərkəzindən müxtəlif yaş qruplarında 90 nəfər iştirak edib. Qruplar şəklində keçirilən turnirin 14 iyul tarixində yarım final mərhələsi keçirilib və 3-cü yerin qalibi ilə finalçıları müəyyənləşib. 3-cü yerin qalibi Qorxmaz Quliyev olub. Final Turunda İbrahim Məmmədov və Hüseyin Uzun yarışıb. Turnirin qalibi İbrahim Məmmədov olub.

Tədbirin sonunda ürək sözlərini söyləməsi üçün Gəncilə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edib. O, uşaqlara gələcək həyatlarında uğurlar arzulayıb, vətəninə və millətinə faydalı bir insan olmaları üçün nəsihətlər edib.

Turnirdə ilk üç yerin qalibinə medal və müxtəlif hədiyyələr təqdim edilib.