Sosial Fəaliyyətlər Mübariz Olmaq və Savannaya Qayıdış Kitablarının Müəllifləri Uşaqlar ilə Görüşdü

Mübariz Olmaq və Savannaya Qayıdış Kitablarının Müəllifləri Uşaqlar ilə Görüşdü

20

21 İyul 2022-ci ildə Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Fondun nəzdində fəaliyyət göstərən Tərəqqi İnkişaf Mərkəzinin Yay düşərgəsində iştirak edən uşaqlara Əziz Sultanovun “Mübariz Olmaq” və Elmir Hüseynoğlunun “Savannaya Qayıdış” adlı kitabların təqdimat mərasimi keçirilib.

Tədbirdə əvvəlcə hər iki kitabın müəllifi öz həyat hekayələri haqqında uşaqlara məlumat veriblər. Daha sonra isə bu kitabları yazma məqsədlərindən bəhs ediblər.

Əziz Sultanovun qələmə aldığı “Mübariz Olmaq” kitabı Azəryancanın igid oğlu, milli qəhrəman Mübariz İbrahimovun həyat hekayəsindən, Hüseynoğlunun müəllifi olduğu “Savannya Qayıdış” kitabı isə savannada aslanların həyatından bəhs edir.

Qeyd edək ki, Tərəqqi İnkişaf Mərkəzinin Yay düşərgəsində iştirak edən uşaqlara “Mübariz Olmaq” və “Savannaya Qayıdış” kitabları hədiyyə edilib.

Tədbirin sonunda kitablar imzalanıb.