Sosial Fəaliyyətlər GYF-də Tərəqqi İnkişaf Mərkəzinin Tələbələri Üçün Məzun Günü Keçirildi

GYF-də Tərəqqi İnkişaf Mərkəzinin Tələbələri Üçün Məzun Günü Keçirildi

37

28 İyul 2022-ci ildə Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Fondun nəzdində fəaliyyət göstərən Tərəqqi İnkişaf Mərkəzinin “Yay məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfinin nümayəndəsi Lokman Helvacı, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək  İctimai Birliyinin sədri Elçin Manafov, Türk Dövlətlər ilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov, Gəncliyə Yardım Fondunun idarə heyəti və yay məktəbində iştirak edən uşaqların valideynləri iştirak edib.

Ahmet Tecim Tərəqqi İnkişaf Mərkəzi tərəfindən hər il keçirilən “Yay məktəbi” layihəsinin uşaqların yay tətillərini səmərəli keçirmələri, yeni və faydalı məlumatlar əldə etmələri, onların sosiallaşmasındakı əhəmiyyətini vurğulayıb və uşaqlara gələcək həyatlarında uğurlar arzulayıb. Dr. Rüfət Şirinov isə layihənin uşaqların yoldaşlıq, dostluq kimi insani hislərinin formalaşmasında və milli-mənəvi dəyərlərin mənimsənilməsində böyük rol oynadığını qeyd edib.

Tədbirin sonunda “Yay məktəbi” layihəsində keçirilən müxtəlif müsabiqələrdə yer tutan şagirdlərə sertifikat və dəyərli hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.

Qeyd edək ki, Tərəqqi İnkişaf Mərkəzinin uşaqlar üçün hər il təşkil edilən “Yay məktəbi” layihəsi çərçivəsində uşaqlar üçün bir-birindən maraqlı dərslər keçirilir və asudə vaxtlarının səmərəli keçirilməsi üçün maarifləndirici seminarlar təşkil edilir.