Sosial Fəaliyyətlər Dünya Etnospor Konfederasyonu Təcrübə Mərkəzinin Müdiri Gəncliyə Yardım Fondunun Qonağı Olub

Dünya Etnospor Konfederasyonu Təcrübə Mərkəzinin Müdiri Gəncliyə Yardım Fondunun Qonağı Olub

24

1 avqust 2022-ci il tarixində Hacıkənd Xan Yaylağı II Milli Yaylaq Festivalında iştirak edən Dünya Etnospor Konfederasyonu Təcrübə Mərkəzinin müdiri Furkan Gökgöz bəy Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında Furkan Gökgöz Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüb.

Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonağa Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Furkan bəy də öz növbəsində  fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎‎

Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib və xatirə fotosu çəkilib.‎