Sosial Fəaliyyətlər GYF-də “Miqrasiya Könüllüsü” İB Tərəfindən Təlimlər Keçirilib

GYF-də “Miqrasiya Könüllüsü” İB Tərəfindən Təlimlər Keçirilib

21

1-4 avqust 2022-ci il tarixlərində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Profitable Month 2” layihəsi çərçivəsində Beynəlxalq Münasibətlər üzrə mütəxəsis Hümmət Əliyevin  təqdimatında “Antikorrupsiya, etik davranış qaydaları və İSO 37001” və təlimçi Natiq Qocayevin təqdimatında “Liderlik” mövzusunda təlimlər keçirilib.

Təlimlərdə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. İnteraktiv şəkildə keçirilən təlimlərin sonunda mütəxəsislər işitrakçıların sullarını cavablandırıblar.

Qeyd edək ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən hər iki mütəxəsisə təşəkkürnamə təqdim edilib.