Sosial Fəaliyyətlər Antalya Azərbaycan Kültür ve Dayanışma Dərnəyinin Sədri GYF-ni Ziyarət Edib

Antalya Azərbaycan Kültür ve Dayanışma Dərnəyinin Sədri GYF-ni Ziyarət Edib

10

Antalya Azərbaycan Kültür ve Dayanışma Dərnəyinin sədri Ceyran Səttərova Gəncliyə Yardım Fondunu ziyarət edib.  Ziyarət əsnasında Ceyran Səttərova Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüb.

Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonağa Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Ceyran xanım da öz növbəsində  fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎‎

Görüşün sonunda qonaqla  xatirə fotosu çəkilib.‎