Sosial Fəaliyyətlər GYF-də “Doğma Yurdum” Bədii Qiraət və Şeir Müsabiəsi Keçirilib

GYF-də “Doğma Yurdum” Bədii Qiraət və Şeir Müsabiəsi Keçirilib

7

10 Sentyabr 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Sübhnur Tədris Mərkəzi və Libra Kitab Nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində “Doğma yurdum” bədii qiraət və şeir müsabiqəsinin final mərhələsi keçirilib. Azərbaycanın əməkdar artisti Azad Şükürov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair-publisist Gülarə Munis, şair-publisist Azadə Novruzova və Azərbaycan Respublikasının Əməkdar işçisi Xuraman İsmayılovanın münsiflər heyətində çıxış etdiyi tədbirin final mərhələsində 4-14 yaş qrupları arasında müxtəlif bölgələrimizdən uşaqlar iştirak edib.

Tədbiri çıxış nitqi ilə açıq elan edən Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova “Bu gün bu müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələri vətənpərvərlik  ruhunda tərbiyə etmək , onların  doğma vətənə  olan hisslərini  vurğulamaq  və bu sahədə xüsusi istedadlarını göstərməkdir” deyə qeyd edib. Münsiflər heyəti çıxış edərək müsabiqə və onun final mərhələsinin gedişatı haqqında ətraflı məlumat veriblər. Daha sonra isə iştirakçılar şeirlərini səsləndiriblər və hər bir iştirakçı müsabiqə qaydalarına uyğun dəyərləndirilib. Nəticədə iki yaş qrupunda I,II,III yerlər, həmçinin xüsusi münisflər heyəti mükafatına layiq görülən iştirakçılar müəyyənləşib və mükafatlandırılma mərasimi keçirilib.

Mükafatlandırılma mərasimində çıxış edən  Gəncliyə Yardım Fondun prezidenti Ahmet  Tecim bəy milli-mənəvi dəyərləri, vətən, yurd sevgisini əsas alan belə bir tədbir keçirdikləri üçün təşkilatçılarına təşəkkürünü bildirib. Ahmet bəy eyni zamanda fondun tədbirə ev sahibliyi etdiyindən məmnunluq hissi keçirdiyini, fondun hər zaman uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər çərçivəsində inkişaf etməsinə dəstək olduğunu qeyd edərək I yerə layiq görülən iştirakçının mükafatını təqdim edib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu tərəfindən tədbir işitakçılarına müxtəlif adlarda kitablar və qeyd dəftərçələri hədiyyə edilib.