Sosial Fəaliyyətlər Türkiyənin Azərbaycandakı Səfirliyində Qafqaz İslam ordusuna Həsr Edilmiş Tədbir Keçirilib

Türkiyənin Azərbaycandakı Səfirliyində Qafqaz İslam ordusuna Həsr Edilmiş Tədbir Keçirilib

21

15 sentyabr 2022-ci il tarixində Bakının İşğaldan Azad Olmasının 104-cü İldönümü Münasibətilə Bakıda Türk Şəhidliyi Abidəsi Ziyarət Olunub.

Tədbirdə T.C. Bakü Büyükelçisi Doç. Dr. Cahit Bağcı, Gəncliyə Yardım Fondunun prezdenti Ahmet Tecim və bir sıra dövlət nümayəndələri iştirak edib.

Əvvəlcə abidə önünə əklil qoyulub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Vətənimizin azadlığı uğrunda canalarını fəda etmiş şəhitlərimizin məzarları ziyarət olunub.

T.C. Bakü Büyükelçisi Doç. Dr. Cahit Bağcı çıxışında 15 sentyabr tarixinin əhəmiyyətindən danışıb və iki qardaş ölkə arasındaki tarixi dostluq münasibətlərinə diqqət çəkib.

Daha sonra Türkiyənin Azərbaycandakı Səfirliyində Qafqaz İslam Ordusuna həsr edilmiş rəsm sərgisi keçirilib.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də Bakıda, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir.