Sosial Fəaliyyətlər GYF-nin İdarə Heyəti Türkiyə Cumhuriyyətinin Yeni Təyin Olunmuş Bakı Təhsil Müşavirini Ziyarət...

GYF-nin İdarə Heyəti Türkiyə Cumhuriyyətinin Yeni Təyin Olunmuş Bakı Təhsil Müşavirini Ziyarət Edib

17

Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış Türkiyə Cumhuriyyətinin BakıTəhsil Müşaviri Ali Rıza Altunel bəyi ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Ali Rıza bəy Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib. 

Türkiyə CumhuriyyətiTəhsil Müşavirliyinin hər zaman iki qardaş dövlət arasında dosqluq və qardaşlıq körpüsü rolunu oynadığını, iki qardaş dövlətin gəncləri arasında sıx münasibətlərin formalaşmasında böyük tövhələr verdiyini bildirən Ahmet Tecim də öz növbəsində T.C Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Ali Rıza Altunel bəyi yeni iş təyinatı münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çay süfrəsi ətrafında davam edən səmimi görüşdən sonra xatirə şəkili çəkilib.