Sosial Fəaliyyətlər GYF-də “Vətənpərvərlik = Qalibiyyət” Adlı Seminar Keçirildi

GYF-də “Vətənpərvərlik = Qalibiyyət” Adlı Seminar Keçirildi

11

24 sentyabr 2022-c il tarixində Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfras zalında fondun nəzdində fəaliyyət göstərən Light Up Traning Platformun təşkilatçılğı ilə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovun iştirakı ilə “Vətənpərvərlik = Qalibiyyət” adlı seminar keçirilib. Seminarda Azərbayacanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.

Şair Ramaldanov Vətən Müharibəsində əldə olunan qələbənin üç əsas səbəbindən birinin Azərbaycan gənclərinin vətənpərvərliyinin yüksək səviyyədə olmağında gördüyünü, digər iki səbəbin isə Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və Azərbaycan Ordusunun gücündən qaynaqlandığını bildirib.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb və xatirə şəkli çəkilib.