Sosial Fəaliyyətlər THY-nın Bakı Nümayəndəliyinin Rəhbəri GYF-nin Qonağı Olub

THY-nın Bakı Nümayəndəliyinin Rəhbəri GYF-nin Qonağı Olub

19

Türk Hava Yolları Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonağa fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Türk Hava Yolları Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas da öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Qeyd edək ki, artıq 7 ildir Azərbaycanda fəalliyyət göstərən Türk Hava Yolları Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bəyin bu günlərdə səlahiyyət müddəti bitir. Bu münasibətlə fond rəhbərliyi Seyfulllah bəyə Azərbaycandakı uğurlu xidmətlərinə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşün sonunda qonağa xatirə ‎hədiyyəsi təqdim edilib və fotolar çəkilib.‎