Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Prezidenti BİGA Tələbələri ilə Görüşüb

Gəncliyə Yardım Fondunun Prezidenti BİGA Tələbələri ilə Görüşüb

29

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Fondun H.Z Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşü baş tutub.

Görüşdə Bakı İsteadadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov və fəal gənclər iştirak edib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim  gənclərə “Yaxşılıq Qazanacaq!” mövzusunda çıxış edib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və xatirə şəkili çəkilib.