Sosial Fəaliyyətlər GYF-nin İdarə Heyəti Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Açılışında İştirak Edib

GYF-nin İdarə Heyəti Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Açılışında İştirak Edib

11

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyəti Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində iştirak ediblər.

3 oktyabr 2022-ci il tarixində keçirilən Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı, Azərbacyan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev və İqtisadiyyat Nazirliyinin I müavini Elnur Əliyev, Türkiyə Maarif Fondunun sədri Prof. Dr. Birol Akgün və fondun himaçilər şurasının üzvləri Selim Cerrah, Bülent Çiftçi, Nəsimi Rayon İcra Başçısı Asif Əsgərov, Bakıda yaşayan diplomatik münayəndələr, millət vəkilləri, QHT üzvləri və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı təhsil müəssisəsinin iki qardaş ölkə arasındakı körpü roluna malik olduğunu qeyd edib. Türkiyə Maarif Fondunun sədri Prof. Dr. Birol Akgün ərdəmli, savadlı və aktiv gənc nəslin yetişdirilməsinin əhəmiyyətindən danışıb. Elm və Təhsil naziri Emin Əmrullayev isə iki qardaş ölkə arasındakı əlaqələrin inkişafını yüksək qiymətləndirib.