Sosial Fəaliyyətlər GYF-nin Nümayəndələri 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin Açılışında İştirak Edib

GYF-nin Nümayəndələri 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin Açılışında İştirak Edib

8

Gəncliyə Yardım Fondunun nümayəndələri 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında iştirak ediblər.  Baku Ekspo Mərkəzində keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilir.

“Şuşa İli”nə həsr edilən sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur. Sərgidə nəşriyyatların kitablarının nümayişi ilə yanaşı yazıçılarla imza günləri və görüşlər, kitab təqdimatları, kitab sahəsi ilə bağlı panel və müzakirələr keçiriləcəkdir.

Qeyd edək ki, sərgi 5-9 oktyabr tarixləri ərzində davam edəcəkdir.