Sosial Fəaliyyətlər BİGA-nın Silsilə Tədbirləri Davam Edir

BİGA-nın Silsilə Tədbirləri Davam Edir

26

Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında Qərbi Kaspi Universitetinin Siyasi və İctimai elmlər fakültəsinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyevin təqdimatında “Keçmişdən bu günə Azərbaycan – Türkiyə münasibətləri” adlı seminar keçirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov  qonağı və tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Orxan Vəliyev Azərbaycan və Türkiyənin ictimai, siyasi və mədəni münasibətlərinin keçmişdən günümüzdək keçdiyi mərhələlərdən və hər iki dövlətin sıx əməkdaşlığının gələcək prespektivlərindən bəhs edib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, xatirə hədiyyəsi verilib və fotolar çəkilib.