Sosial Fəaliyyətlər Məşhur Nəşriyyatların Nümayəndələri GYF-ni Ziyarət Edib

Məşhur Nəşriyyatların Nümayəndələri GYF-ni Ziyarət Edib

10

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Bakı Ekspo Mərkəzində təşkil edilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin məşhur kitab nəşriyyatlarının nümayəndələri oktyabrın 7-də Gəncliyə Yardım Fondunu ziyarət edib.

Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Erkam Yayınlarından məsul şəxs Salih Zeki Meriç, Akdem Müəllif Hüquqları Agentliyinin nümayəndələri Şeyma Asker və Emre Can Petek, Erdem Yayınlarından məsul şəxs Zeynep Gülsüm Sağlam və digər qonaqlar fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara fond rəhbərliyi tərəfindən xatirə ‎hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.‎