Sosial Fəaliyyətlər GYF-nin Əməkdaşı “Təşkilatlarda KSM Strategiyasının Tətbiqi” Adlı Görüşdə İştirak Edib

GYF-nin Əməkdaşı “Təşkilatlarda KSM Strategiyasının Tətbiqi” Adlı Görüşdə İştirak Edib

13

19 oktyabr 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı və ABB-nin Korporativ kommunikasiya şöbəsinin Baş mütəxəssisi Könül Hilalın təqdimatında keçirilən “Təşkilatlarda KSM strategiyasının tətbiqi” adlı görüşdə iştirak gedib.

Görüş zamanı korporativ sosial məsuliyyət nədir, gənclərlə iş sahəsində necə tətbiq olunmalıdır, beynəlxalq təcrübədə təşkilatların KSM strategiyası kimi mövzular ətrafında ümumi müzakirələr aparılıb. Gənclər təşkilatlarının özəl sektorla korporativ sosial məsuliyyət istiqamətində sıx əməkdaşlıqlarının qurulmasının əhəmiyyətinə toxunulub.

Görüşün sonunda təşkilatların rəhbər və nümayəndələrinin sualları mütəxəsis tərəfindən cavablandırılıb və xatirə fotosu çəkdirilib.